satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov Feridun Sinirlioğlunun ATƏT-n baş katibi təyin olunması münasibətilə Türkiyəni təbrik edib

Ceyhun Bayramov Feridun Sinirlioğlunun ATƏT-n baş katibi təyin olunması münasibətilə Türkiyəni təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Feridun Sinirlioğlunun ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində təşkilatın baş katibi təyin olunması münasibətilə türkiyəli həmkarı Hakan Fidanı təbrik edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin telefon danışığı zamanı ATƏT-in Nazirlər Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində aparılan danışıqlar və müzakirələr ətrafında fikir mübadiləsi aparıblar:

"Nazir Ceyhun Bayramov təcrübəli türk diplomatı olan Feridun Sinirlioğlunun ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində təşkilatın baş katibi kimi yüksək vəzifəyə təyinatı münasibətilə Türkiyə tərəfini təbrik edib, bu böyük nailiyyətin tərəfimizdən böyük sevinclə qarşılandığını diqqətə çatdırıb. ATƏT-in baş katibi F. Sinirlioğluna məsuliyyətli fəaliyyətində uğurlar arzulanıb".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM