Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyəyə səfər edib - FOTOLAR

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyəyə səfər edib<font color=red> - FOTOLAR</font> Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyəyə səfər edib<font color=red> - FOTOLAR</font> Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyəyə səfər edib<font color=red> - FOTOLAR</font> Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyəyə səfər edib<font color=red> - FOTOLAR</font> Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyəyə səfər edib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı general-mayor Kənan Seyidov Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə Ankaraya səfər edib.

Bu barədə NUHÇIXAN-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə general-mayor K.Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını və Türkiyənin banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib. Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin parkdakı abidəsi və Mustafa Kamal Atatürkün məzarı önünə gül qoyub, xatirələrinə ehtiram nümayiş etdirib.

General-mayor K.Seyidov səfər çərçivəsində ordu generalı S.Bayraktaroğlu ilə görüşüb. Görüş zamanı hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin və birgə taktiki-xüsusi təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb, bu istiqamətdə görüləcək işlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.

Xəbər lenti
Vəfa simvolu - FOTOLAR

11:54 13.12.2024

Paşinyan Moskvaya gedib

10:06 13.12.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM