satellite   Azerspace-1: 11135 H 30000

Ombudsman: Hərbi hissələrdə, penitensiar xidmət məkanlarında müşahidəçi qismində iştirak edəcəyik

Ombudsman: Hərbi hissələrdə, penitensiar xidmət məkanlarında müşahidəçi qismində iştirak edəcəyik

“Gün ərzində ombudsman və Aparatın əməkdaşları müxtəlif qapalı müəssisələrdə, hərbi hissələrdə, penitensiar xidmət məkanlarında müşahidəçi qismində iştirak edəcək”.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ombudsman Səbinə Əliyeva deyib.

Artıq uzun illərdir ki, ombudsmanın Azərbaycanda keçirilən seçkiləri müşahidə etdiyini bildirən S.Əliyeva məntəqələrdə daim əlilliyi olan şəxslərin seçki prosesində iştirakının təmin olunmasını xüsusilə diqqətdə saxladıqlarını qeyd edib.

Qeyd edək ki, ombudsman Səbinə Əliyeva 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində həm səsvermə prosesində iştirak edib, həm də seçki prosesini müşahidə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM