satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan Baş Prokurorluğu AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasını davam etdirir

Qazaxıstan Baş Prokurorluğu AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasını davam etdirir

Qazaxıstan Baş Prokurorluğu Aktau şəhəri yaxınlığında “Azerbaijan Airlines” (AZAL) aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasını davam etdirir, istintaqa ən təcrübəli əməkdaşlar cəlb olunub.

Naxçıvan televiziyası Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə baş prokurorun müavini Qalımjan Koygeldiyev məlumat verib.

"İstintaq davam edir, ən təcrübəli əməkdaşlardan ibarət istintaq qrupu yaradılıb, ekspertizalar təyin edilib. Bildiyiniz kimi, iş asan deyil. Nəticələri gözləyirik", - Q.Koygeldiyev AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılması ilə bağlı suala cavab verərkən bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM