satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: Orta Dəhlizin inkişafı əməkdaşlığın daha da genişləndirilməsi üçün əlavə imkanlar yaradır

Ceyhun Bayramov: Orta Dəhlizin inkişafı əməkdaşlığın daha da genişləndirilməsi üçün əlavə imkanlar yaradır

Orta Dəhlizin inkişafı əməkdaşlığın daha da genişləndirilməsi üçün əlavə imkanlar yaradır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxışı zamanı danışıb.

XİN başçısı üçtərəfli əməkdaşlığın çoxşaxəli xarakter daşıdığını da vurğulayıb.

Nazir diqqətə çatdırıb ki, təhlükəsizlik, iqtisadiyyat, ticarət, investisiya, infrastruktur və nəqliyyat-kommunikasiya daxil olmaqla, geniş əməkdaşlıq sahələri mövcuddur.

Ceyhun Bayramov, həmçinin Asiyanı Avropa ilə birləşdirən mühüm ticarət və nəqliyyat marşrutu olan Orta Dəhlizin inkişafı vasitəsilə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlavə imkanların yarandığını qeyd edib.

Çıxışda mövcud regional potensialdan istifadə edərək Yaxın Şərq və Əfqanıstan da daxil olmaqla, daha geniş regionun sülh, təhlükəsizlik və inkişafına töhfə verilməsi də vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM