satellite   Azerspace-1: 11135 H 30000

709 azərbaycanlı qeyri-qanuni miqrant ABŞ-dan deportasiya olunacaq

709 azərbaycanlı qeyri-qanuni miqrant ABŞ-dan deportasiya olunacaq

ABŞ-nin Miqrasiya və Gömrük Xidmətinin (ICE) 2024-cü ilin noyabrında tərtib etdiyi deportasiya olunacaq şəxslərin siyahısına 709 Azərbaycan vətəndaşı da daxil edilib.

Bu barədə Naxçıvan televiziyası “Fox News”ə təqdim edilmiş ICE sənədinə istinadən xəbər verir.

Məlumata görə, siyahıya ABŞ-də olan 1,4 milyon qeyri-qanuni mmiqrant daxildir. Ədliyyə Nazirliyinin miqrasiya məhkəməsi tərəfindən onların deportasiyası barədə qərar qəbul edilib. Lakin onlar hələ də ABŞ-dədirlər və həbsdə deyillər.

ABŞ-da ən çox qeyri-qanuni miqrant Braziliya - 38,677; Çin - 37,908; Haiti - 32,363; və Venesueladan (22,749) olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM