satellite   Azerspace-1: 11135 H 30000

XİN: Ermənistan Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında kommunikasiyaların açılması prosesindən diqqəti yayındırır

XİN: Ermənistan Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında kommunikasiyaların açılması prosesindən diqqəti yayındırır

Ermənistan öhdəliklərinin yerinə yetirilməsi, o cümlədən Azərbaycanın digər əraziləri ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması sahəsində əməli addımlar atmaq əvəzinə, diqqəti bu prosesdən yayındırır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəhbəri Ayxan Hacızdə Ermənistanın Baş nazirinin "Armenpress"ə son müsahibəsini şərh edərkən deyib.

O bildirib ki, bu istiqamətdə, praktiki addımlarla irəliləmək əvəzinə, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan təkliflər irəli sürməsi anlaşılmazlıqlara gətirib çıxarır və reallıqları təhrif edir.

"Baş nazirin canfəşanlıqla irəli sürdüyü silahlara nəzarət mexanizmlərinin yaradılmasına gəldikdə isə 30 ildən artıq müddətdə Ermənistanın özünün iştirak etdiyi silahlara nəzarət mexanizmlərini kobud şəkildə pozduğu və deqradasiya etdiyi, hərbi texnika və silahlarının böyük hissəsini beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlətdiyi, onları bizim ərazilərimizdə qanunsuz yerləşdirdiyi yaxşı məlumdur. Beynəlxalq müqavilələrə bu cür yanaşma Ermənistanın mövqeyinin qeyri-səmimiliyi barədə nəticə çıxarmağa imkan verir",-XİN sözçüsü vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM