satellite   Azerspace-1: 11135 H 30000

Prezident: Bütün Qarabağ, Şərqi Zəngəzur dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük

Prezident: Bütün Qarabağ, Şərqi Zəngəzur dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük

Ballıca kəndinin də bərpası artıq son mərhələdədir. Mənə verilən məlumata görə, 137 ev artıq bərpa edilib və 60-a yaxın ev hələ bərpa olunacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocalı rayonunun Ballıca kəndinə köçən bir qrup sakinlə görüşdə bildirib.

Ballıcada artıq 460 keçmiş köçkünün yerləşdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Evləri bərpa etmişik, kənd təsərrüfatı ilə məşğul olmaq üçün imkanlar yaxşıdır, torpaq münbitdir, hava da təmizdir. Bütün Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM