satellite   Azerspace-1: 11135 H 30000

Pakistan Baş naziri Azərbaycana səfərinin yekunlarını müzakirə edir

Pakistan Baş naziri Azərbaycana səfərinin yekunlarını müzakirə edir

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana dövlət səfərinin nəticələrini hökumət üzvləri ilə müzakirə edir.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə Pakistan hökumətinin X sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.

"Baş nazir Məhəmməd Şahbaz Şərif Azərbaycana son səfərinin nəticələri ilə bağlı icmal iclası keçirir", - iclasdan videogörüntülərlə müşayiət olunan məlumatda qeyd edilib.

Bildirilib ki, Şərifin Azərbaycana rəsmi səfəri 24-25 fevral tarixlərində baş tutub. Səfər çərçivəsində iki ölkə arasında neft, mayeləşdirilmiş təbii qaz və neft məhsullarının ticarəti sahəsində əməkdaşlığın inkişafını, Naxçıvan və Lahor şəhərləri arasında əməkdaşlığı əhatə edən beş sənəd mübadiləsi həyata keçirilib.

Bundan əlavə, gömrük əməkdaşlığı, kənd təsərrüfatı, ekologiya, təhsil və digər sahələrdə sazişlər imzalanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM