satellite   Azerspace-1: 11135 H 30000

TBMM-in sədri Numan Kurtulmuş Ramazan ayının başlaması münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovanı təbrik edib

TBMM-in sədri Numan Kurtulmuş Ramazan ayının başlaması münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovanı təbrik edib

Martın 4-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edərək mübarək Ramazan ayının başlaması münasibətilə təbriklərini çatdırıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Naxçıvan televiziyası-a bildiriblər ki, TBMM-in sədri bu mübarək ayın qardaş Azərbaycan xalqına və müsəlman dünyasına sülh, əmin-amanlıq, xeyir-bərəkət gətirməsini diləyib.

Telefon danışığı zamanı qardaş ölkələrimiz arasında münasibətlər, o cümlədən parlamentlərimizin əməkdaşlığı məsələləri haqqında da fikir mübadiləsi aparılıb, qanunverici orqanlarımızın həm ikitərəfli, həm də beynəlxalq parlament təşkilatlarında yüksək səviyyədə əməkdaşlığından razılıq ifadə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM