satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

Ceyhun Bayramov Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

Naxçıvan televiziyası xəbər verir ki, paylaşımda deyilir:

"31 Mart Azərbaycanın Soyqırımı Günündə biz 107 il əvvəl radikal erməni qrupları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş on minlərlə günahsız azərbaycanlının xatirəsini yad edirik.

Ermənistan tərəfindən günahsız azərbaycanlılara qarşı kütləvi deportasiya, etnik təmizləmə və soyqırımdan tutmuş hərbi cinayətlərə qədər bu cür dəhşətli əməllərin təkrarlanması, bu vəhşiliklərə görə məsuliyyət daşıyanların cəzasız qalmasına son qoyulmasının vacibliyini bir daha vurğulayırıq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM