satellite   Azerspace-1: 11135 H 30000

DTX rəisi: Ölkəmizin təhlükəsizliyinə yönələn halların qarşısı qətiyyətlə alınacaq

DTX rəisi: Ölkəmizin təhlükəsizliyinə yönələn halların qarşısı qətiyyətlə alınacaq

Ötən il ərzində də təhlükəsizliyin etibarlı təmin olunması baxımından Dövlət Təhlükəsizliyi Xidməti səmərəli fəaliyyət göstərib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı ilə bağlı tədbirdə DTX rəisi general-polkovnik Əli Nağıyev deyib.

O, xarici və daxili təhdidlərin qarşısının alınması istiqamətində vacib işlərin görüldüyünü, xüsusən dövlətə xəyanət, casusluq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq cinayətləri ilə mübarizədə əhəmiyyətli nəticələrin əldə edildiyini vurğulayıb.

Ötən dövrdə bəzi destruktiv qüvvələr tərəfindən pozuculuq fəaliyyətinin həyata keçirilməsinə cəhdlərin edildiyini qeyd edən general-polkovnik Əli Nağıyev ölkəmizin təhlükəsizliyinə yönələn halların qarşısının qətiyyətlə alınacağını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM