“Gürcüstan Dəmir Yolları”: Tbilisi-Bakı sərnişin qatarının hərəkətinin bərpası ilə bağlı danışıqlar aparılır

“Gürcüstan Dəmir Yolları”: Tbilisi-Bakı sərnişin qatarının hərəkətinin bərpası ilə bağlı danışıqlar aparılır

Tbilisi ilə Bakı arasında sərnişin qatarlarının hərəkətinin bərpası istiqamətində intensiv danışıqlar aparılır.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə “Gürcüstan Dəmir Yolları” BMG media platformasına açıqlama verib.

Bildirilib ki, hazırda həm Gürcüstan, həm də Azərbaycan tərəfi sərnişin daşımalarının bərpası ilə bağlı aktiv şəkildə çalışır:

“Bu istiqamətdə dəmir yolu idarələri və digər aidiyyəti dövlət qurumları arasında danışıqlar və texniki detallarla bağlı razılaşma prosesi davam edir. Dəqiq tarix daha sonra açıqlanacaq”.

Qeyd edək ki, pandemiya dövründə dayandırılan Tbilisi–Bakı sərnişin qatarlarının hərəkəti hələ də tam şəkildə bərpa olunmayıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM