satellite   Azerspace-1: 11135 H 30000

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

Naxçıvan televiziyası xəbər verir ki, aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

Komitə sədri Əjdər Əliyev gündəlikdə duran məsələlərin - “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin və “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirə olunacağını diqqətə çatdırıb.

Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov qanun layihələri haqqında məlumat verib.

Sonda Hüquq siyasəti komitəsinin rəyi oxunub, qanun layihələri Ali Məclisin müzakirəsinə təqdim edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM