Tramp ABŞ və İran arasında danışıqların çox yaxşı getdiyini açıqlayıb

Tramp ABŞ və İran arasında danışıqların çox yaxşı getdiyini açıqlayıb

ABŞ və İran arasında danışıqlar çox yaxşı gedir, amma nəticənin necə olacağını görmək üçün vaxt lazımdır.

NTV xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ уvdə jurnalistlərə açıqlamasında bildirib.

“İranla bağlı çox yaxşı görüşlərimiz oldu. Nə olacağını görəcəyik. Növbəti addım? Bizə bir az vaxt lazımdır, lakin İranla bağlı çox yaxşı görüşlərimiz olub”, – o deyib.

Xatırladaq ki, aprelin 19-da Romada İran və ABŞ Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün dolayı danışıqların ikinci raundunu keçirib. Amerika nümayəndə heyətinə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff, İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçi başçılıq edib. Əraqçi və Uittkoffun növbəti görüşü texniki səviyyədə məsləhətləşmələrdən sonra aprelin 26-da keçiriləcək.

Danışıqların ikinci raundundan sonra Oman Xarici İşlər Nazirliyi ABŞ və İranın İslam Respublikasına dinc nüvə enerjisini inkişaf etdirmək qabiliyyətini saxlamağa imkan verəcək sazişi müzakirə etdiklərini açıqlayıb. Danışıqlar Tehranın nüvə silahı hazırlamaqdan imtina etməsini və ona qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsini təmin etməlidir.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM