satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan səfiri Qətərin “Nebras Power” şirkətinin İH sədri ilə yaşıl enerjini müzakirə edib

Azərbaycan səfiri Qətərin “Nebras Power” şirkətinin İH sədri ilə yaşıl enerjini müzakirə edib

Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədov “Nebras Power” şirkətinin idarə heyətinin sədri, “Qatar Electricity and Water”in idarəedici direktoru və baş icraçı direktoru ilə yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib.

NTV xəbər verir ki, bu barədə Azərbaycanın Dohadakı diplomatik missiyasının sosial şəbəkə hesabında paylaşım edilib.

“Cənab Mohammed Nasser Al-Hajri, “Nebras Power” idarə heyətinin sədri, “Qatar Electricity and Water”in idarəedici direktoru və baş icraçı direktoru ilə səmərəli görüş keçirdim”, – mətbuat xidməti azərbaycanlı diplomatdan sitat gətirib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə “Nebras Power” arasında yaşıl enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM