satellite   Azerspace-1: 11135 H 30000

Belarusda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Belarusda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Belarusda 2025-ci ildə Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

NTV-nin məlumatına görə, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov belaruslu həmkarı Aleksandr Turçin ilə geniş tərkibdə görüşdə bildirib.

Ə.Əsədovun sözlərinə görə, Bakı və Minsk arasında əməkdaşlığın perspektivli istiqamətlərindən biri sosial sahə, o cümlədən dövlət xidmətlərinin göstərilməsi sahəsidir.

"Humanitar əməkdaşlığın inkişafına prioritet diqqət yetiririk. Qarşılıqlı Mədəniyyət günlərinin keçirilməsi ənənəsini bərpa etməyimiz vacibdir. Ötən il aprel ayının əvvəlində Azərbaycanda Belarus Mədəniyyət Günləri keçirildi. 2025-ci ildə Belarusda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi gündəlikdədir", - o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM