satellite   Azerspace-1: 11135 H 30000

Hərbi təhsil sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edilib - FOTOLAR

Hərbi təhsil sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edilib<font color=red> - FOTOLAR</font> Hərbi təhsil sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edilib<font color=red> - FOTOLAR</font> Hərbi təhsil sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edilib<font color=red> - FOTOLAR</font> Hərbi təhsil sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edilib<font color=red> - FOTOLAR</font>

Azərbaycan Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov Azərbaycan-Türkiyə MMU-ları arasında keçirilməsi planlaşdırılan Yüksək Dialoq İclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan qardaş ölkənin MMU rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, general-mayor G.Əbdülov universitetin təhsil sistemi və tədris prosesi, rəqəmsal sistem vasitəsi ilə MMU-nun tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları və statistikası, eləcə də perspektivdə nəzərdə tutulan planlar haqqında məlumat verib. Dövlət başçımızın hərbi təhsil sisteminin inkişafına göstərdiyi qayğıdan, Azərbaycan Ordusunda peşəkar kadrların hazırlanması istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açıb.

Bu cür görüşlərin hərbi təhsil sahəsində əlaqələrimizə müsbət töhfə verdiyini vurğulayan professor E.Afyoncu qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırıb.

Universitetlərin rəhbər heyətləri arasında keçirilən görüşdə hər iki qardaş ölkənin hərbi təhsil sahəsində əməkdaşlığının daha da genişləndirilməsi məqsədilə görülən işlər, perspektiv planlar, eləcə də maraq kəsb edən digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Türkiyəli qonaq görüşün sonunda universitetin xatirə kitabına ürək sözlərini yazıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM