satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan Ankarada İraqın Baş naziri ilə regional və qlobal məsələləri müzakirə edəcək

Ərdoğan Ankarada İraqın Baş naziri ilə regional və qlobal məsələləri müzakirə edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan mayın 8-də İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudanini Ankarada qəbul edəcək.

NTV “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun açıqlamasında bildirib.

Onun sözlərinə görə, İraqın Baş naziri yüksək səviyyəli heyətlə Türkiyəyə rəsmi səfər edəcək. Səfər çərçivəsində Türkiyə-İraq əlaqələri ilə yanaşı, aktual regional və qlobal məsələlər müzakirə olunacaq.

F.Altun qeyd edib ki, səfər zamanı Türkiyə-İraq Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçiriləcək. Orada iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanması nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM