satellite   Azerspace-1: 11135 H 30000

Bakı və İrəvan sərhəddəki pozuntular barədə məlumat mübadiləsi ediblər

Bakı və İrəvan sərhəddəki pozuntular barədə məlumat mübadiləsi ediblər

Azərbaycan və Ermənistan sərhəddə atəşkəs rejiminin pozulması ilə bağlı məlumat mübadiləsi aparıblar.

NTV xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın aparatı yerli “factor.am” portalının sorğusuna cavab olaraq bildirib.

“Ermənistan Respublikası Azərbaycana atəşkəs rejiminin pozulması ilə bağlı müvafiq məlumatları təqdim edib”, – Paşinyanın aparatında qeyd ediblər və əlavə ediblər ki, Bakı da erməni tərəfinə pozuntularla bağlı məlumat verib.

“Ermənistan tərəfi bu məlumatları araşdırıb və nəticələr barədə müvafiq arayışı Azərbaycan tərəfinə təqdim edib”, – aparat rəsmisi vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM