satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib

 

Tallin şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Estoniya Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Estoniya nümayəndə heyətinə isə Estoniya Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin baş direktoru Tiina Nirk rəhbərlik edib. 

Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.

Bundan əlavə, hər iki ölkənin vətəndaşlarının hüquq və maraqlarının müdafiəsi ilə əlaqədar effektiv konsulluq yardımının göstərilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub, Azərbaycan Respublikasının və Estoniya Respublikasının viza siyasətinə dair fikir mübadiləsi aparılıb.

Müasir dövrün çağırışlarına uyğun olaraq konsulluq xidmətlərinin göstərilməsində əlçatanlığının və çevikliyin təmin edilməsi məqsədilə bu istiqamətdə rəqəmsallaşmanın və elektron xidmətlərin tətbiqinin əhəmiyyəti vurğulanıb. Bu sahədə iki ölkə arasında təcrübə mübadiləsi həyata keçirilib.   

Azərbaycan Respublikası ilə Estoniya Respublikası daxili işlər orqanları arasında əlaqələrin qurulması, miqrasiya, elm və təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə bir sıra təkliflər nəzərdən keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM