satellite   Azerspace-1: 11135 H 30000

Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb, əməkdaşlıq sahələrini müzakirə edib - FOTOLAR

Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb, əməkdaşlıq sahələrini müzakirə edib<font color=red> - FOTOLAR</font> Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb, əməkdaşlıq sahələrini müzakirə edib<font color=red> - FOTOLAR</font> Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb, əməkdaşlıq sahələrini müzakirə edib<font color=red> - FOTOLAR</font>

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Əfqanıstanın xarici işlər nazirinin müavini Mohammad Naim Vardak ilə Bakıda görüşüb.

NTV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə Azərbaycan və Əfqanıstan arasında iqtisadi, ticarət, tranzit-nəqliyyat, diplomatik, humanitar, konsulluq və digər sahələrdə əməkdaşlıq müzakirə olunub, əlaqələrin dərinləşdirilməsinin vacibliyi qeyd edilib.

Nazir müavini Elnur Məmmədov keçmiş münaqişə zamanı Əfqanıstanın ölkəmizin ədalətli mövqeyini birmənalı dəstəklədiyi üçün minnətdarlığını ifadə edib.

Əfqanıstan nümayəndə heyətinin də iştirak edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Sammitinin əhəmiyyətinə toxunulub.

Mohammad Naim Vardak beynəlxalq tədbirlərdə iştirak üçün dəvətə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edərək, bu qəbildən olan təşəbbüslərin ölkələr arasında dialoqun və qarşılıqlı anlaşmanın təşviq etdiyini vurğulayıb.

Tərəflər həmçinin regionda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM