satellite   Azerspace-1: 11135 H 30000

Vilayət Eyvazov: Həyata keçirilən tədbirlər gənclərin daxili işlər orqanlarında xidmətə cəlb olunmasına yönəlib

Vilayət Eyvazov: Həyata keçirilən tədbirlər gənclərin daxili işlər orqanlarında xidmətə cəlb olunmasına yönəlib

Peşəkar kadr potensialının formalaşdırılması Daxili İşlər Nazirliyinin strateji prioritetlərindəndir.

NTV  xəbər verir ki, bunu daxili işlər naziri Vilayət Eyvazov cari ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında deyib.

Vurğulanıb ki, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, cəmiyyətin təhlükəsizlik tələblərinə cavab verən kadr potensialının formalaşdırılması DİN-in strateji prioritetlərindəndir. Müasir dövrün çağırışlarına cavab verən, qabaqcıl texnologiyaları və süni intellekt imkanlarını əməliyyat-xidməti fəaliyyətə inteqrasiya edə bilən, eyni zamanda hüququn aliliyinə sadiq, vətənpərvər və mənəvi cəhətdən formalaşmış polis əməkdaşlarının hazırlanması diqqətdə saxlanılır.

Bu baxımdan, daxili işlər orqanlarında xidmət etmək istəyən gənclərin peşəyə düzgün istiqamətləndirilməsi, onların Polis Akademiyası və Daxili Qoşunların Hərbi İnstitutuna qəbulunun təşviqi xüsusi əhəmiyyət daşıyır.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bildirib ki, bu sahədə həyata keçirilən tədbirlər yalnız kadr çatışmazlığının aradan qaldırılması deyil, eyni zamanda yüksək mənəvi-psixoloji keyfiyyətlərə malik, intizamlı və vətənpərvər gənclərin daxili işlər orqanlarında xidmətə cəlb olunmasına yönəlib.

Qeyd olunub ki, Polis Akademiyası və Hərbi İnstitut bu gün yalnız hüquq-mühafizə sahəsi üzrə deyil, ümumilikdə dövlətçilik ideallarına sadiq, ictimai maraqlara cavab verən kadrların yetişdirilməsi baxımından strateji əhəmiyyət daşıyan xüsusi təyinatlı təhsil ocaqlarıdır.

Bu məqsədlə, Polis Akademiyası və Daxili Qoşunların Hərbi İnstitutu çərçivəsində kadr hazırlığı prosesi təkcə hüquq bilikləri ilə məhdudlaşmır. Tədris proqramları qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılır, innovativ yanaşmalar tətbiq olunur, gənclər süni intellekt, informasiya texnologiyaları, kibertəhlükəsizlik, hüquq və psixologiya kimi sahələrdə geniş bilik və bacarıqlarla təmin olunurlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM