satellite   Azerspace-1: 11135 H 30000

Prezidentin nümayəndəsi: Vaşinqtonda Azərbaycanın Naxçıvanla maneəsiz əlaqəsi üçün mühüm razılıq əldə olunub

Prezidentin nümayəndəsi: Vaşinqtonda Azərbaycanın Naxçıvanla maneəsiz əlaqəsi üçün mühüm razılıq əldə olunub

Vaşinqton səfəri zamanı əldə olunan razılşamalar nəticəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin qurulması üçün mühüm razılıq əldə olunub.

NTV  xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın quru sərhədinin olmaması səbəbindən müəyyən çətinliklər var idi:

“Dövlət başçısının siyasəti ilə Naxçıvan yeni bir mərhələyə qədəm qoydu. Muxtar Respublikada sosial,iqtisadi, elm, mədəniyyət və digər sahələrdə müxtəlif layihələr həyata keçirilir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM