satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan UNESCO-nun 43-cü sessiyasında təmsil olunub

Azərbaycan UNESCO-nun 43-cü sessiyasında təmsil olunub

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Özbəkistanın Səmərqənd şəhərində UNESCO-nun Baş Konfransının 43-cü sessiyasına qatılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NTV-yə bildirilib ki, sessiya çərçivəsində nazir müavini noyabrın 6-da təşkilatın yeni baş direktorunun seçkilərində səsvermədə iştirak edib. Seçkilər nəticəsində Misir Ərəb Respublikasından olan namizəd Xalid El-Enani səs çoxluğu ilə UNESCO-nun yeni baş direktoru seçilib.

Səfər zamanı Elnur Məmmədov Baş Konfransın yeni sədri Xondker Mohammad Talha və UNESCO İcraiyyə Şurasının sədri Vera Laköy ilə görüşlər keçirib.

Görüşlər zamanı Azərbaycanın UNESCO-nun idarəetmə orqanlarının fəaliyyətində oynadığı aktiv rol, təşkilata verdiyi mühüm töhfələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM