satellite   Azerspace-1: 11135 H 30000

Sahibə Qafarova: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə ev sahibliyi edib

Sahibə Qafarova: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə ev sahibliyi edib

Böyük maneələrə, qeyri-müəyyənliklərə baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə ev sahibliyi edərək, bu prosesi qətiyyətlə həyata keçirdi.

NTV xəbər verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) Liderlər Sammitində çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, COP29-da Azərbaycan tərəflər arasında fikir ayrılıqlarını aradan qaldırmağı və əvvəlki danışıqlarda həll oluna bilməyən məsələlər üzrə tarixi konsensus əldə etməyi bacardı.

S.Qafarova, həmçinin deyib: “COP29 göstərdi ki, hətta geosiyasi gərginlik, etimadsızlıq və iqtisadi qeyri-müəyyənlik dövründə belə, ölkələr yenə də bir araya gəlib ümumi mənafe üçün birgə hərəkət edə bilərlər. Bu, Azərbaycanın davamlı sınaqlarla üzləşməsinə baxmayaraq, bərqərar edə bildiyi çoxtərəfliliyin zəfərinin əsl nümayişi idi”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM