satellite   Azerspace-1: 11135 H 30000

Prezident: Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı Konstitusiyanın da dövrün çağırışlarına uyğunlaşdırılmasını zəruri edib

Prezident: Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı Konstitusiyanın da dövrün çağırışlarına uyğunlaşdırılmasını zəruri edib

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, regionun qabaqcıl dövləti kimi layiqli yer tutması və cəmiyyətdə baş verən ictimai-siyasi proseslər Konstitusiyanın da dövrün çağırışlarına uyğunlaşdırılmasını zəruri edib.

NTV xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə” mövzusunda təşkil olunan beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.

Ölkə Prezidenti bildirib ki, bu məqsədlə müxtəlif illərdə Konstitusiyaya edilən əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının təminatı mexanizmlərinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin əsaslarının dərinləşdirilməsi və dövlət idarəetməsinin təkmilləşdirilməsi yönündə bir çox əhəmiyyətli məsələləri ehtiva edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM