satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 17-də Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Reda ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə bildirilib ki, görüşdə ölkələrimiz arasında dostluq münasibətlərinin hazırkı səviyyəsindən razılıq ifadə olunaraq, əlaqələrin inkişafında dövlət başçılarının rolu və dəstəyi qeyd edilib.

Söhbət zamanı Milli Məclis və Misir parlamentinin həm yuxarı, həm də aşağı palataları arasında müsbət əməkdaşlıq əlaqələrindən razılıq ifadə olunub.

Sahibə Qafarova özünün Misir Ərəb Respublikasına rəsmi səfərinin və keçirdiyi görüşlərin, həmçinin qarşı tərəfdən ölkəmizə səfərlərin əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verdiyini bildirib, dostluq qruplarının fəaliyyətini qeyd edib.

Səfir Houssam-Eldine Reda isə gələcək fəaliyyətində digər sahələrdə olduğu kimi, qanunvericilik orqanları arasında da təmasların daha da genişləndirilməsinə töhfə verməyə çalışacağını söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM