Azərbaycan yanacağını Ermənistana daşıyan qatar Gürcüstan sərhədini keçir.
NTV xarici saytlara istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan paylaşım edib.
“Hazırda 22 vaqonda yüklənmiş 1220 ton Azərbaycan mənşəli Aİ-95 benzini daşıyan qatar Ermənistan-Gürcüstan sərhədindən (Ayrum stansiyası) keçir. Qatar Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu vasitəsilə Ermənistana çatıb. Bu, təkcə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasından bəri ilk ticarət-iqtisadi müqavilə deyil, həm də ümumilikdə, müstəqillikdən sonra iki ölkə arasında ilk iqtisadi-ticari müqavilədir”,- deyə o qeyd edib.
