satellite   Azerspace-1: 11135 H 30000

ARDNF-in 2026-cı il üçün büdcə layihəsinin Prezidentə təqdim olunmasına qərar verilib - FOTOLAR

ARDNF-in 2026-cı il üçün büdcə layihəsinin Prezidentə təqdim olunmasına qərar verilib<font color=red> - FOTOLAR</font> ARDNF-in 2026-cı il üçün büdcə layihəsinin Prezidentə təqdim olunmasına qərar verilib<font color=red> - FOTOLAR</font> ARDNF-in 2026-cı il üçün büdcə layihəsinin Prezidentə təqdim olunmasına qərar verilib<font color=red> - FOTOLAR</font>

Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.

NTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Baş nazir, ARDNF-nin Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Fondun 2026-cı il üzrə büdcə layihəsinin proqnoz göstəriciləri, o cümlədən, Fondun gəlirləri və vəsaitindən istifadənin əsas istiqamətləri, Fondun investisiya siyasəti, investisiya portfelinin valyuta tərkibi və gəlirliliyi, digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda ARDNF-in icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.

İclasın yekununda Fondun Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla qurumun 2026-cı il üçün büdcə layihəsinin ölkə Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM