satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın Baş naziri: Ötən il Ankarada imzalanmış Fəaliyyət Planı 78 faiz icra edilib

Azərbaycanın Baş naziri: Ötən il Ankarada imzalanmış Fəaliyyət Planı 78 faiz icra edilib

Ötən il Ankarada imzalanmış 120 bənddən ibarət Fəaliyyət Planı Hökumətlərimizin birgə səyləri nəticəsində 78 faiz icra edilib. İcrası qalan bəndlər isə yeni Fəaliyyət Planında öz əksini tapacaq.

NTV xəbər verir ki, bu fikri Baş nazir Əli Əsədov Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 12-ci iclasında deyib.

O qeyd edib ki, zamanın çağırışlarını nəzərə alaraq Fəaliyyət Planına mütəmadi yeni müddəalar əlavə olunur: “Bu gün də tərəfdaşlığımızın bütün aktual sahələrini əhatə edən 110 bəndlik Fəaliyyət Planını təsdiqləyəcəyik. Ümidvaram ki, yeni müddəaların icrası əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə müsbət təsir göstərəcək”.

Dekabrın 22-də isə 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumunun baş tutacağını vurğulayan Baş nazir əlavə edib: “Sevindirici haldır ki, bu tədbir artıq investisiya axınlarının artırılması üçün mühüm mexanizmə çevrilməkdədir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM