satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclis Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

Milli Məclis Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

Milli Məclisdə Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlanması ilə bağlı təklif irəli sürülüb.

NTV-nin məlumatına görə, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Onun sözlərinə görə, sabah Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür:

"Təklif edirəm ki, dövlət başçısına doğum günü münasibətilə Milli Məclis adından təbrik məktubu ünvanlansın. Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətində ona yeni böyük uğurlar arzulayaq".

Deputatlar sədrin təklifini alqışlarla qarşılayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM