NTV xəbər verir ki, dekabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.
Komitə sədri Əjdər Əliyev iclasın gündəliyinə üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və ikinci oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihələrinin müzakirəsinin daxil edildiyini bildirib.
Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ ilə əlaqədar məlumat verilib, qanun layihəsinin Ali Məclisin plenar iclasında üçüncü oxunuşda müzakirəsinə təqdim olunması ilə bağlı qərar qəbul olunub.
İclasın gündəliyində olan ikinci məsələ - “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi ilə bağlı komitə sədri qeyd edib ki, Ali Məclisin plenar iclasında qanun layihəsinə dair təklif bildirilib.
Deputat Kamil Şükürov qanun layihəsi barədə fikirlərini bildirib, Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdir müavini Tofiq Rəcəbli təkliflə əlaqədar layihədə aparılan dəyişikliyə dair məlumat verib.
Gündəlikdə duran məsələ ətrafında müzakirələr aparıldıqdan sonra qanun layihəsi ikinci oxunuşda Ali Məclisin plenar iclasında baxılması üçün təqdim olunub.
