satellite   Azerspace-1: 11135 H 30000

ANAMA: Ötən il 6 min 824 mina və 52 min 392 partlamamış hərbi sursat zərərsizləşdirilib

ANAMA: Ötən il 6 min 824 mina və 52 min 392 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 2025-ci ildə icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan NTV-yə bildirilib ki, ötən il Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 4 min 963, tankəleyhinə 1861 mina və 52 min 392 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin 69 min 205.7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM