satellite   Azerspace-1: 11135 H 30000

Ali Məclisdə Milli Məclisin nümayəndə heyəti ilə görüş olub - FOTOLAR

Ali Məclisdə Milli Məclisin nümayəndə heyəti ilə görüş olub<font color=red> - FOTOLAR</font> Ali Məclisdə Milli Məclisin nümayəndə heyəti ilə görüş olub<font color=red> - FOTOLAR</font> Ali Məclisdə Milli Məclisin nümayəndə heyəti ilə görüş olub<font color=red> - FOTOLAR</font> Ali Məclisdə Milli Məclisin nümayəndə heyəti ilə görüş olub<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, fevralın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi strateji xəttə uyğun olaraq gənclərlə iş və idman sahəsində əldə olunan nailiyyətlər, gənclərə göstərilən xüsusi diqqət və qayğıdan bəhs olunub. Yaradılan şəraitdən istifadə edərək Azərbaycan gənclərinin ictimai-siyasi həyatda, mədəniyyət, sosial, humanitar sahələrdə fəal iştirak edərək ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməsindən danışılıb.

Həmçinin görüş zamanı komitələr arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də birgə layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM