satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan Azərbaycan-ABŞ münasibətlərindən danışıb

Hakan Fidan Azərbaycan-ABŞ münasibətlərindən danışıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Cənubi Qafqazda sülhün dəstəklənməsi və Azərbaycan-ABŞ əlaqələrində ölkəsinin rolundan danışıb.

NTV xəbər verir ki, Fidan bu barədə "CNN Türk" telekanalının canlı efirində qeyd edib.

O, Cənubi Qafqazdakı proseslərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Trampın münasibətlərinin də rol oynadığını bildirib.

H. Fidan Türkiyə-ABŞ münasibətlərinin müsbət dinamikasının Rusiya-Ukrayna müharibəsinin həll istiqamətində aparılan danışıqlarda, Qəzzada atəşkəsin əldə olunması və Suriya ilə bağlı bölgənin lehinə qərarların verilməsində də özünü göstərdiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM