satellite   Azerspace-1: 11135 H 30000

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır.

NTV xəbər verir ki, bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə dəyişiklik təklif edilir.

Bununla bağlı qanun layihəsi parlamentin Gənclər və idman komitəsinin bugünkü iclasında müzakirə olunub.

Qeyd edilib ki, vətəndaşlar ("Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.

Qüvvədə olan qanuna əsasən, bu, 3 gün idi.

Təklif edilən dəyişiklikdə, həmçinin vurğulanıb ki, hərbi vəzifəlilər ("Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata alınmalıdırlar.

Bildirilib ki, Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşların tibbi şəhadətləndirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunur. Həqiqi hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 30 yaşına çatanadək həqiqi hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların hərbi qeydiyyatına qaytarılır (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Göstərilən vətəndaşların tibbi şəhadətləndirilməsi işinə cəlb edilən tibbi heyətə daxil olan şəxslərin iş yerlərində onların orta əməkhaqları saxlanılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM