satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki baş konsulluğunun evakuasiyası barədə göstəriş verilib

Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki baş konsulluğunun evakuasiyası barədə göstəriş verilib

Azərbaycanın təhlükəsizlik tədbirləri Prezident İlham Əliyevin rəhbərliyi ilə ən yüksək səviyyədə həyata keçirilir. Regional gərginlik fonunda hərbi qüvvələrin hazırlıq səviyyəsi maksimuma çatdırılıb.

NTV xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoi ilə keçirilən brifinqdə söyləyib.

Onun sözlərinə görə, əlavə təhlükəsizlik tədbirləri çərçivəsində Tehrandakı səfirliyimizin və Təbrizdəki Baş konsulluğumuzun evakuasiyası barədə göstəriş verilib, çünki Azərbaycan vətəndaşlarının təhlükəsizliyi diqqət mərkəzindədir.

Nazir qeyd edib ki, araşdırmanın nəticələrindən sonra müvafiq qərarlar veriləcək.

Ceyhun Bayramov bildirib ki, diplomatik missiyamıza təxminən 1000 müraciət daxil olub. Bu müraciətlər əsasən BƏƏ, Səudiyyə Ərəbistanı və Küveytə səfər edən vətəndaşlarımızdan olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM