satellite   Azerspace-1: 11135 H 30000

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

Ali Məclisin Hüquq siyasəti  komitəsinin iclası keçirilib

NTV xəbər verir ki, mayın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.

Komitə sədri Əjdər Əliyev iclasın gündəliyinə daxil edilən ikinci oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında”  Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihəsi barədə məlumat verdikdən sonra qanun layihəsi Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.

Komitə sədri bildirib ki, iclasın gündəliyində digər məsələ “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli 26-VI QN nömrəli  Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin müzakirəsidir. Qeyd olunub ki, qanun layihəsi “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nin “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan, həmçinin “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunundan irəli gələn müddəalara uyğunlaşdırılması məqsədi daşıyır.

Qanun layihəsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Rahib Kərimov məlumat verib, layihə ətrafında müzakirələr aparıldıqdan sonra komitənin rəyi oxunub, qanun layihəsi Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM