satellite   Azerspace-1: 11135 H 30000

Prezidentin köməkçisi: BMT Təhlükəsizlik Şurasında Qlobal Cənubun ədalətli təmsilçiliyi təmin edilməlidir

Prezidentin köməkçisi: BMT Təhlükəsizlik Şurasında Qlobal Cənubun ədalətli təmsilçiliyi təmin edilməlidir

Beynəlxalq qurumların, xüsusən də BMT Təhlükəsizlik Şurasının mövcud strukturu müasir dünyanın reallıqlarını əks etdirmir. Bu qurumda Qlobal Cənubun səsi kifayət qədər eşidilmir və ədalətli coğrafi təmsilçilik təmin olunmayıb.

NTV xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hesab edirik ki, BMT Təhlükəsizlik Şurasının islahat prosesi zamanı xüsusilə Qlobal Cənubun səsi və onun ədalətli təmsilçiliyi təmin edilməlidir. Azərbaycan çoxtərəfliliyin əsas dəstəkçisidir, lakin təəssüf ki, biz çoxtərəfliliyin və çoxtərəfli institutların iflic vəziyyətini görürük. Qlobal Cənub ölkələri isə bu institutların gücləndirilməsinə effektiv şəkildə töhfə verməyə davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM