satellite   Azerspace-1: 11135 H 30000

Malayziya on il ərzində bir milyon əlçatan mənzil inşa etməyi planlaşdırır

Malayziya on il ərzində bir milyon əlçatan mənzil inşa etməyi planlaşdırır

Malayziya 10 il ərzində 1 milyon əlçatan və ədalətli mənzil inşa etməyi hədəfləyir.

NTV xəbər verir ki, bunu Malayziyanın mənzil və yerli özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) fəaliyyətdə olan prezidenti Nqa Kor Minq Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində nazirlərin dəyirmi masasında bəyan edib.

"Residensi Rakyat" (PRR) və "Residensi Madani" proqramları sayəsində biz sadəcə sığınacaqla təmin etməklə kifayətlənmirik. Gəncləri, ilk dəfə mənzil alan vətəndaşları, gəliri 40 %-dən aşağı olan ev təsərrüfatlarını, B40 kateqoriyasını prioritet olaraq müəyyən edirik. Biz şəhər hüququnun seçilmişlər üçün imtiyaz deyil, hamı üçün reallıq olmasına çalışır, şəhərlərimizi iqlim dəyişikliyinə uyğunlaşdırır, mənzil tikintisi iqtisadiyyatını dayanıqlı ekosistemə çeviririk", - nazir bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM