satellite   Azerspace-1: 11135 H 30000

Polşa nümayəndəsi: WUF13-dəki müzakirələr Nyu-Yorkdakı hökumətlərarası proses üçün faydalı olacaq

Polşa nümayəndəsi: WUF13-dəki müzakirələr Nyu-Yorkdakı hökumətlərarası proses üçün faydalı olacaq

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) baş tutan müzakirələr Nyu-Yorkdakı hökumətlərarası proses üçün faydalı olacaq.

NTV xəbər verir ki, bunu Polşanın BMT-dəki daimi nümayəndəsi Kşiştof Seleşni WUF13 çərçivəsində baş tutan "Assambleyaların Birgə Bağlanışı" adlı iclasda deyib.

Onun sözlərinə görə, WUF13 çərçivəsində aparılan müzakirələr və danışıqlar bütün maraqlı tərəflərin mövqeləri və fikirlərini əks etdirməlidir:

"Özəl sektorun buradakı iştirakı xüsusi vurğulanmalıdır. Yerli və regional hökumətlərin dünya assambleyasından çoxsəviyyəli idarəetmə və çoxşaxəli tərəfdaşlıqlarla bağlı çağırışını eşitdik. Bunlar Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG-lərin) yerli səviyyədə həyata keçirilməsi və maliyyələşdirilməsinin lokallaşdırılması üçün vacibdir. Yerli və regional hökumətlərə sadəcə xidmət göstərən qurumlar kimi deyil, tərəfdaş və əsas iştirakçılar kimi baxılmalıdır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM