satellite   Azerspace-1: 11135 H 30000

WUF13-də rəqəmsal texnologiyaların mənzil sektorunda rolu vurğulanıb

WUF13-də rəqəmsal texnologiyaların mənzil sektorunda rolu vurğulanıb

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində dayanıqlı və ekoloji məsuliyyətli mənzil sektorunun inkişafı, eləcə də rəqəmsal texnologiyaların bu sahədə rolu müzakirə olunub.

NTV  xəbər verir ki, GSMA-nın (Global System for Mobile Communications Association) iqlim texnologiyaları və rəqəmsal kommunal xidmətlər üzrə baş təşviqat rəhbəri Leyla Quiçi WUF13 çərçivəsində keçirilən assambleyaların bağlanış sessiyasında çıxış edib.

O, bildirib ki, forum çərçivəsində bütün panellərdə rəqəmsal texnologiyaların müzakirəyə çıxarılması ümidverici hal olub. Onun sözlərinə görə, rəqəmsal texnologiyalar tikinti materiallarının hazırlanmasından enerji, su və tullantı idarəçiliyinə qədər bütün mərhələlərdə istifadə oluna bilər.

“Rəqəmsallaşma artıq buradadır”, – deyə o vurğulayıb.

Leyla Quiçi qeyd edib ki, əsas problem biznes modelinin olmaması deyil, onun yanlış büdcə çərçivəsində qiymətləndirilməsidir. Çıxış zamanı dövlət-özəl tərəfdaşlığının əhəmiyyəti də vurğulanıb. O bildirib ki, özəl sektor əlçatan mənzil siyasətinin həyata keçirilməsində əsas hərəkətverici qüvvə kimi qəbul edilməli və qərarvermə prosesinə erkən mərhələdə daxil edilməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM