satellite   Azerspace-1: 11135 H 30000

UN-Habitat-ın nümayəndəsi: Azərbaycan şəhərsalma sahəsində mühüm rola malik ola bilər

UN-Habitat-ın nümayəndəsi: Azərbaycan şəhərsalma sahəsində mühüm rola malik ola bilər

Ümumdünya Şəhərsalma Forumu ölkələrin bir araya gəlməsi və təcrübələrini bölüşməsi üçün vacib platformadır.

Bu barədə NTV-yə  Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşması Proqramının (UN-Habitat) nümayəndəsi Naomi Huqenvorst Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası(WUF13) çərçivəsində bildirib.

Onun sözlərinə görə, WUF13-də milli hökumətlər, bələdiyyə rəhbərləri, tədqiqatçılar və özəl sektor nümayəndələri mövcud şəhər problemlərinin həlli yollarını müzakirə etmək üçün bir araya gəlirlər.

Naomi Huqenvorst vurğulayıb ki, Azərbaycan şəhər inkişafı və urbanizasiyanın idarə olunmasında mühüm rol oynaya bilər.

“Bakıda və digər şəhərlərdə təcrübə mübadiləsi aparmaq və infrastrukturu inkişaf etdirmək vacibdir. Məqsəd dayanıqlı şəhər inkişafını gücləndirməkdir”, - deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM