satellite   Azerspace-1: 11135 H 30000

Aydın Kərimov: Şuşa ilə qardaşlaşmış şəhərlərin sayı 10-a çatacaq

Aydın Kərimov: Şuşa ilə qardaşlaşmış şəhərlərin sayı 10-a çatacaq

Şuşanın beynəlxalq əlaqələri çərçivəsində müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşma münasibətləri qurulub. Bunlar Bolqarıstanın Veliko Tırnovo, Macarıstanın Veszprém, Serbiyanın Novi Pazar, Tacikistanın İsfara, Özbəkistanın Xivə, Qazaxıstanın Türkistan, Türkiyənin Ərzurum və Kayseri, həmçinin Cənubi Koreyanın Andonq şəhərləridir. Həmçinin Türkiyənin Trabzon şəhəri ilə də qardaşlaşma haqqında memorandumu imzalanaraq bu şəhərlərin sayı 10-a çatacaq.

NTV xəbər verir ki, bu sözləri Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Aydın Kərimov Şuşanın turizm infrastrukturu haqqında məlumat verərək bildirib ki, Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı əsasında kommersiya məqsədləri üçün nəzərdə tutulmuş 10 bina inşa edilib.

“Hazırda daxili təmir işləri davam edir. Həmçinin Şuşa Otel-Konqres Mərkəzi Kompleksi tikilib, “Xarıbülbül” və “Qarabağ” mehmanxanaları yenidən qurulub, “Yasəmən” oteli istifadəyə verilib, İsa Bulaq İstirahət Kompleksi bərpa edilib, “Çətir” (Çətir) şəlaləsinə doğru turist cığırı yaradılıb”,- deyə o diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM