satellite   Azerspace-1: 11135 H 30000

Prezidentin xüsusi nümayəndəsi: Azərbaycanın memarlıq üslubunu əks etdirən tikililər işğal dövründə dağıdılıb

Prezidentin xüsusi nümayəndəsi: Azərbaycanın memarlıq üslubunu əks etdirən tikililər işğal dövründə dağıdılıb

Xankəndi şəhərinə, Ağdərə və Xocalı rayonlarına işğal altında qaldığı dövrdə heç bir ciddi investisiya qoyulmayıb, həmin ərazilər uzun illər ərzində yalnız istismar edilərək yararsız vəziyyətə salınıb.

NTV xəbər verir ki, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Prezidentin xüsusi nümayəndəsi bilidirib ki, azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri zamanı müasir şəhərsalma standartları və innovativ yanaşmalar əsas götürülür. “Yaşıl şəhər” prinsiplərinin tətbiqi, alternativ enerji mənbələrindən istifadə, milli memarlıq irsinin qorunması ilə müasir memarlıq üslubunun uzlaşdırılması və regionun iqtisadi inkişafına töhfə verəcək logistik şəbəkələrin qurulması prioritet istiqamətlərdəndir.

Həmçinin qeyd olunub ki, işğal dövründə Azərbaycan memarlıq üslubunu əks etdirən tikililər dağıdılıb, təbii sərvətlər və meşələr qanunsuz istismara məruz qalıb, biomüxtəlifliyə ciddi ziyan vurulub. Hazırda həmin ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində mühüm layihələr həyata keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM