satellite   Azerspace-1: 11135 H 30000

Nazir müavini: Azərbaycanda milli monitorinq sistemlərinin 73 faizi avtomatlaşdırılıb

Nazir müavini: Azərbaycanda milli monitorinq sistemlərinin 73 faizi avtomatlaşdırılıb

Azərbaycan hökuməti milli monitorinq sisteminin modernləşdirilməsinə ciddi investisiyalar yatırıb.

NTV  xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

"Son 5 il ərzində həmin sistemlərin 73 faizi artıq avtomatlaşdırılıb və müasir texnologiyalarla təchiz edilib. Lakin bu, erkən xəbərdarlıq sisteminin yalnız ilk mərhələsidir. Qarşıda nail olunmalı bir sıra digər hədəflər də mövcuddur. Biz Erkən Xəbərdarlıq Sistemlərinin modernləşdirilməsini tamamlamağı planlaşdırırıq. Bu isə təsir əsaslı proqnozlaşdırmanı və sektorlar üzrə iqlim təhlillərini təmin etmək məqsədilə yerli Rəqəmsal Hava Proqnozlaşdırma sistemlərini özündə birləşdirən müasir proqnozlaşdırma və yoxlama sistemini tələb edir. Bu səbəbdən BMT-nin Ətraf Mühit Proqramı və Yaşıl İqlim Fondu ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda Dayanıqlılığın Artırılması üçün İqlim Məlumatı və Çoxtəhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin Gücləndirilməsi layihəsini həyata keçirməyi planlaşdırırıq. Yaşıl İqlim Fondu tərəfindən göstərilən bu mühüm dəstəyi səmimiyyətlə alqışlayır və region ölkələrini sıx əməkdaşlığa dəvət edirik. Hamımız qəbul edirik ki, erkən xəbərdarlıq effektiv və kollektiv adaptasiya tədbiridir. Bu baxımdan, Finlandiya Meteorologiya İnstitutundakı, Türkiyə və Gürcüstandakı həmkarlarımıza uzunmüddətli əməkdaşlıqlarına görə təşəkkürümü bildirmək istəyirəm", - deyə U.Tağıyeva qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM