satellite   Azerspace-1: 11135 H 30000

WUF13-də dünya şəhərlərinin gələcək inkişaf istiqamətləri ilə bağlı təhlillər açıqlanıb

WUF13-də dünya şəhərlərinin gələcək inkişaf istiqamətləri ilə bağlı təhlillər açıqlanıb

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 19-da “Gələcək urbanizasiya: Şəhəriniz növbəti onilliklərdə necə dəyişəcək?” mövzusunda tədbir keçirilib.

NTV  xəbər verir ki, tədbirdə BMT-nin 2025-ci il üzrə “Dünya Urbanizasiya Perspektivləri” təqdim olunub və dünya şəhərlərinin gələcək inkişaf istiqamətləri ilə bağlı geniş təhlillər açıqlanıb. Bildirilib ki, bəzi şəhərlərdə sürətli əhali artımı sıxlıq və mənzil çatışmazlığına səbəb olduğu halda, digər şəhərlərdə əhalinin azalması müşahidə olunur.

Sessiyada çıxış edən ekspertlər urbanizasiya proseslərinin mənzil siyasəti, torpaq istifadəsi və şəhər planlaşdırılması ilə sıx bağlı olduğunu vurğulayıblar. Qeyd edilib ki, şəhərlərin gələcək inkişafı üzrə effektiv strategiyaların hazırlanması üçün dəyişən tələbatın və demoqrafik meyllərin nəzərə alınması vacibdir.

Panel müzakirələrində BMT-nin Əhali Bölməsinin, Avropa İttifaqının Birgə Araşdırma Mərkəzinin, BMT-nin Məskunlaşma Proqramının (UN Habitat) ekspertləri ilə yanaşı, Azərbaycan Dövlət Statistika Komitəsinin sektor müdiri Arzu Tağıyeva da iştirak edərək, ölkənin statistik yanaşmaları və urbanizasiya sahəsində təcrübəsi barədə məlumat verib.

Tədbirdə, həmçinin vurğulanıb ki, davamlı və inklüziv şəhər inkişafına nail olmaq üçün qlobal əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM