Azərbaycanda şəhərlərin yaradılma tarixi eramızdan əvvəlki dövrlərə gedib çıxır.
NTV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, buna nümunə olaraq qədim Albaniyanın paytaxtı olan Qəbələni, Naxçıvanı və digər qədim şəhərləri göstərmək olar:
"Paytaxt Bakı da ən gözəl nümunələrdən biridir. İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın şəhərsalmada unikal təcrübəsi var".
