satellite   Azerspace-1: 11135 H 30000

Hikmət Hacıyev: Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı azalıb

Hikmət Hacıyev: Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı azalıb

Azərbaycana qərəzli yanaşanların sayı azalıb, çünki onlara qrant verənlərin də sayı azalıb.

NTV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan bu tip qarayaxma kampaniyalarına fikir vermir:

"Avropa Parlamentində son 5 ildə 10-dan çox ölkəmizə qarşı qətnamə qəbul edilib. Bu qətnamələri qəbul edənlərin özləri hansı məsələ haqqında danışdıqlarından xəbərsizdirlər".

H. Hacıyev qeyd edib ki, Azərbaycanın yürütdüyü siyasət və dünya ictimaiyyətində olan hörməti göz önündədir:

"Azərbaycan bu gün dünyanın diplomatik mərkəzi rolunda çıxış edir. Elə bu səbəbdən qlobal məsələlər Azərbaycanda müzakirə olunur".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM